
Kiyev Rusiya tərəfindən taxılının qanunsuz ixrac edilməsi faktını sübuta yetirə bilməyib.
Gununsesi.info xarici KİV-lərə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Rusiyanın işqal etdiyi Ukrayna torpaqlarından taxılı dünya bazarına çıxarması barədə yayılan məlumatları öyrənib. İntəhası, BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik jurnalistlər üçün keçirdiyi brifinqdə bu tip informasiyaların həqiqətə uyğun olmadığını açıülayıb:
“BMT-nin Kiyevlə razılaşmaq üçün əlində heç bir əsası yoxdur. Biz Ukrayna tərəfinin ittihamlarını təsdiyləyə bilmərik”.
Bununla yanaşı, son məlumatlara görə, Ukrayna taxılının yükləndiyi birinci dəmiryolu eşalonu Rusiya ordusunun nəzarətində olan Zaporojye vilayətindən Krıma yola salınıb.
Gununsesi.info