Kəmaləddin Heydərov yeni vəzifəyə seçildi

Kəmaləddin Heydərov yenidən Azərbaycan Taekvondo Federasiyasının prezidenti seçilib.

Gununsesi.info xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Taekvondo Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib.

Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinə yeni seçki keçirilib. 1999-cu ildən federasiyanın prezidenti vəzifəsini icra edən Kəmaləddin Heydərov yenidən qurumun rəhbəri seçilib. Kəmaləddin Heydərov daha 4 il federasiyaya rəhbərlik edəcək.

Gununsesi.info