
“Bu qeyri-iş günləri ərzində “Elektron Məhkəmə Sistemi” də işləmir. Onun vasitəsilə iddia ərizəsi, şikayət və s. göndərmək mümkün olmayıb”.
Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Əkrəm Həsənov deyib:
“Bu o deməkdir ki, Ədliyyə nazirliyi sistemi baxımsız qoyub. İlk iş günüdür. Sistemdəki problemlər aradan qaldırılsa belə, çoxsaylı müraciətlərə (çünki bir sıra iddia və şikayətlər üçün müddətin son günüdür) davam gətirə biləcəyi sual altındadır. Bu isə o deməkdir ki, iddia, şikayət və s. müraciətlərin vaxtında verilməməsi təhlükəsi mövcuddur. Sivil dünya elektron sistemləri ona görə yaradır ki, insan faktorundan asılı olmasın.
Bizdə isə elektron sistemlər də məmurlarla bərabər istirahət edir”.
Mais
Gununsesi.info