
Qırğızıstanda keçirilən parlament seçkilərinin nəticələrinə etiraz olaraq baş verən toqquşmalar nəticəsində xəsarət alanların sayı 768-ə çatıb.
Gununsesi.info bildirir ki, bununla bağlı “İnterfaks” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlardan 550-si ambilator müalicəyə buraxılıb, 218-i xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, toqquşmalar zamanı bir nəfər ölüb.
Xatırladaq ki, dünən etirazçılar həbsdə olan eks-prezident Almazbek Atambayevi və sabiq baş nazir Sapar İsakovu həbsxanadan azad ediblər. Bundan başqa, nümayişçilər parlamentin, Bişkek meriyasının və hökumət binalarını ələ keçiriblər.
Gununsesi.info