Gözəl Bayramlı dünyasını dəyişdi

AXCP sədrinin müavini Gözəl Bayramlı vəfat edib.
Bu barədə Gununsesi.info-ya onun yaxınları bildirib.
Məlumata görə, Gözəl xanım xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Bir müddət əvvəl Almaniyada müalicə alsa da müsbət nəticə olmamışdı.
Bir neçə il əvvəl siyasi məhbus həyatı yaşayan Gözəl Bayramlı gənclik illərindən Azərbaycanın müstəqilliyi uğrunda ön cərgədə olub.

Allah rəhmət eləsin!

Gununsesi.info