Birinci Qarabağ savaşında iştirak etmiş şəxslər dövlət başçısına müraciət ünvanladı – VİDEO

  • By arzu
  • 29 Dekabr 2020 16:57

Birinci Qarabağ savaşında iştirak etmiş bir sıra şəxslər dövlət başçısı İlham liyevə müraciət ünvanlayıb.

 

Gununsesi.org həmin müraciəti təqdim edir:

Hörmətli Ali Baş Komandan !
Biz hamımız bir yerdə “N” saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində 1992-1994-cü illərdə iştirak etmişik. Ancaq həmin hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edən döyüşçülərin 70 %-i, Qarabağ müharibəsi əlili və veteranı adı alsalar da, yerdə qalan 30 % hələ də bu hüququnu əldə edə bilmir. Səbəb kimi Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsi cavab verib göstərir ki, “N” saylı hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin arxivinə verilməyib.
Bu isə tam yalandır. Çünki yuxarıda qeyd etdiyimiz kimi,  həmin hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edib əlil və veteran statusu almış şəxslərə həmin arxiv idarəsi arayış verib bizim xidmət etdiyimiz “N” saylı hərbi hissə barədə ətraflı məlumat vermişdir. Həmçinin həmin arxiv arayışı əsasında Şəki İnzibati Məhkəməsi bizim cəbhə yoldaşlarımızın çoxuna veteran adı verilməsinə dair qərar çıxarmışdır.
Bu müraciəti imza edənlərin bir neçəsi “N” saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edib vetean adı və müharibə əlili statusu alıblar.
Onlar da bu müraciətə imza edib sübut edirlər ki, veteran adı ala bilməyən bu şəxslər bizimlə birlikdə “N” saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak ediblər, bir yerdə tərxis olunmuşuq.
Həttda 1-ci Qarabağ müharibəsindən uzun müddət keçməsinə baxmayarq, biz hələ də dostluq edirik, bir-birimizi daimi axtarırıq, əlaqə saxlayırıq.
Qeyd edək ki, “N” saylı hərbi hissənin komandiri həmin vaxt polkovnik Əzizağa Qənizadə və Qərargah rəisi isə mayor Aydın Şiriyev olub. Polkovnik Əzizağa Qənizadə hazırda  Müdafiə Nazirliyinin hərbi muzeyinin direktorudur.
O isə utanmadan susub bizə heç bir köməklik etmək istəmir. Hansı ki, onun komandiri olduğu “N” saylı hərbi hissənin tərkibində Qarabağ müharibəsində iştirak etmişik, qanunu qaydada tərxis edilmişik.
Cəbhə yoldaşlarımızdan şəhid, əlil olanlar var. Bizm “N” saylı hərbi hissənin tərkibində Qarabağ müharibəsində iştirak etməyimizi təsdiq edən konkret və mötəbər sübutlarımız, canlı şahidlərimiz var.
Hətta biz 2-ci Qarabağ müharibəsində 29 sentyabr 2020-ci il tarixdə  Qarabağ müharibəsində də, iştirak etmişik. Bizim bu əziyyətimizi yerə vurmaq haqqımızı tapdamaq vətənə dövlətə xəyanətə bərabər bir cinayət hesab edilməlidir.
Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət edib xahiş edirik:
Hörmətli Ali Baş Komandan, bizim bu müraciətimizi və təqdim etdiyimiz subutları obyektiv araşdırıb bizə qanunu qaydada müharibə veteranı statusu verilməsinə köməklik göstərərsiniz.
Biz Sizə inanırıq.
İmza;
“N” saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edən şəxslər:
1. İsmayılov Şahin Ağaəli oğlu – Göyçay rayonu, Alpout kəndi əlaqə telefonu; 050 334-69-15
2. Həsrətov Orxan Vaqif oğlu – Göyçay rayonu, Mırtı kəndi
3.Daşdəmirov Tahir Şəban oğlu – Ağdaş rayonu, Ləkçılpaq kəndi
4. Həsənov Nizami Məhəmməd oğlu – Ağdaş rayonu, Aşağı Nemətabad kəndi
5. Məmmədov Bəhruz Vahid oğlu – Ağdaş rayonu, Xosrov kəndi
6. Həsənov Eldar Əliheydar oğlu – Ucar rayonu, Qazyan kəndi
7. Xəlilov Vahid Məmməd oğlu – Ucar rayonu, Qarabörk kəndi
8. Süleymanov Ələsgər Əsgərxan oğlu – Ucar rayonu, Qazıqumlaq kəndi, Qarabağ müharibəsi əlili
9. Rzayev Kamal İsrayıl oğlu – Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndi – Ehtiyatda olan zabit , Qarabağ müharibəsi veteranı
10. Abdillayev Elxan Abdulla oğlu – Ağdaş rayonu, Cüvə kəndi, müharibə veteranı
11. Məmmədov Ələsgər Əli oğlu – 2-ci qrup Qarabağ müharibəsi əlili
12. İsmayılov Ağaşirin Firuddin oğlu – Ağdaş rayonu, Ləki kəndi – 2-ci qrup müharibə əlili
13. Səfərov Aydın Sadəddin oğlu – Ağdaş rayonu Ləki kəndi, 2-ci qrup Qarabağ müharibəsi əlili

 

 

Gununsesi.org