Bir həftə əvvəl döyülən kişi xəstəxanada öldü

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Zaqatala rayon sakini İskəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 36 yaşlı Rasim Abbasov saxlanılıb.

Bu barədə Gununsesi.info-ya DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

“Digər şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir”, məlumatda deyilir.

 

Gununsesi.info