Ağdərədə betonqarışdıran maşın aşıb

Ağdərədə “HOWO” markalı yük maşını aşıb, sürücü ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Çıldıran kəndi ərazisində baş verib.

Belə ki, hadisə nəticəsində betonqarışdıran maşının sürücüsü 1968-ci il təvəllüdlü Qocamanov Hafiz həyatın itirib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info