
Sabirabadda ailə üzvləri dəm qazından zəhərlənib.
Gununsesi.info xəbər verir ki, hadisə Qalağayın kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri – 1994-cü il təvəllüdlü Asya Əli qızı Babayeva, 2014-cü il təvəllüdlü Rüstəm Asim oğlu Babayev və onun qardaşı, 2015-ci iltəvəllüdlü Sinan Asim oğlu Babayev evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər Sabirabad Rayon Xəstəxanasında ilk tibbi yardım alıblar, sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info