
Kürdəmirdə zəncirvari yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü, İmişli rayon sakini Zamin Soltan oğlu Baxşəliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən “Mersedes” markalı avtomobilə, sonra isə “Opel” markalı maşına çırpılıb.
VAZ-2107 daha sonra yoldan çıxaraq yanacaqdoldurma məntəqəsinə dəyib.
Hadisə zamanı VAZ-2107-nin sürücüsü və onun sərnişini – 52 yaşlı Kərim Məmmədtağı oğlu Tağıyev müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info