Biləsuvarda sahibsiz it beşinci sinif şagirdinə hücum etdi

Biləsuvar rayonunda 10 yaşlı oğlanı it dişləyib.

Gununsesi.info  oxu.az-a istinadən xəbər verir ki,  hadisə Biləsuvar şəhərinin mərkəzində baş verib.

Rayon sakini, 5-ci sinif şagirdi olan 2016-cı il təvəllüdlü oğlan yaşadığı evdən çıxıb məktəbə gedərkən qəfil küçə itinin hücumuna məruz qalıb. Sahibsiz it məktəbliyə ayaq nahiyəsindən xəsarət yetirib.

Şagird Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Gununsesi.info