Beyləqanda yük avtomobili dərəyə aşdı - FOTOLAR

Beyləqanda yük avtomobili dərəyə aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Gödəklər kəndindən keçən hissəsində qeydə alınıb.

HTML tutorial

Belə ki, “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə yuvarlanıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.