
4 günlük istirahətdən sonra paytaxtdakı yollarda vəziyyət açqlanıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Gununsesi.info-ya verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şossesi – Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində güclü sıxlıq müşahidə olunur.
Həmçinin, Koroğlu Rəhimov küçəsi – Akademik Həsən Əliyev küçəsi istiqamətində də sıxlıqdır.