
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Dohada HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Qəzza zolağında baş verən son hadisələri müzakirə ediblər.
Qeyd edək ki, İranın xarici işlər naziri oktyabrın 7-dən bəri HƏMAS Siyasi Bürosunun rəhbəri ilə ikinci dəfə görüşüb.
Gununsesi.info