Aİ-nin 12-ci anti-Rusiya sanksiyalar paketinin məzmunu məlum olub

  • By ilhame
  • 31 Oktyabr 2023 20:48

Avropa İttifaqının (Aİ) 12-ci anti-Rusiya sanksiyaları paketi çərçivəsində məhdudlaşdırıcı tədbirlər Rusiyadan olan 100-dən çox şəxs və 40 hüquqi şəxsə şamil ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, sanksiyalar qaynaq avadanlığının, kimyəvi məhsulların və hərbi məqsədlər üçün istifadə oluna bilən digər texnologiyaların ixracına təsir göstərəcək.

Qeyd olunur ki, ticarət məhdudiyyətlərinin ümumi həcmi 5,3 milyard dollar qiymətləndirilir.

Gununsesi.info