
Bu gün ABŞ prezidenti Co Baydenin 80 yaşı tamam olur. ABŞ liderləri arasında ən reytinqli prezidentlərdən biri olan Bayden 80 illik yubileyini ailəsi ilə birlikdə qeyd edəcək.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Baydenin doğum günü təmtəraqlı şənlik keçirməyəcək.
Xatırladaq ki, Bayden 20 noyabr 1942-ci ildə doğulub.
2021-ci ilin yanvarında isə o, ABŞ prezidenti olub.
Eyni zamanda, 1973-2009-cu illərdə senator, 2009-2017-ci illərdə Barak Obamanın dövründə ölkənin vitse-prezidenti vəzifəsini tutub.
ABŞ lideri Rusiyanın Ukraynaya təcavüzünə qarşı tutduğu prinsipial mövqeyə və Ukraynaya maddi-hərbi dəstəyinə görə dünyada böyük rəğbət qazanıb.
Tərcümə:
Günay