Baş nazir toyunu təxirə saldı

  • By admin
  • 23 Yanvar 2022 11:37

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Omikron ştammının yayılması səbəbindən televiziya aparıcısı Klerk Qeydford ilə toyunu təxirə salıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə baş nazir paytaxt Vellinqtonda keçirdiyi mətbuat konfranında deyib.

“Tədbirlərə gəldikdə, istər ad günü, istər toy, istərsə də bu cür hər hansı digər tədbir, bazar günü gecəsi “qırmızı xəbərdarlıq” səviyyəsinin qüvvəyə mindiyi andan iştirakçıların sayının 100 nəfərə qədər məhdudlaşdırılması olacaq. Mənə gəlincə, toyum baş tutmayacaq və mən pandemiya səbəbindən oxşar hadisələrlə üzləşmiş digər həmyerlilərimə qoşuluram” – baş nazir bildirib.

Qeyd edək ki, Casinda Ardernin Niv Te Aroha adında 3 yaşlı qızı var. Ardern və Qeyfordun toyu 2022-ci ilin yayında (Cənub yarımkürəsində yay dekabrda başlayır, fevralda bitir – red) olmalı idi.

Gununsesi.info