Ermənilərin dinc əhali qarşı törətdikləri faktlarla bağlı 12 cinayət işi başlanıb - RƏSMİ

Ermənilərin dinc əhali qarşı törətdikləri faktlarla bağlı 12 cinayət işi başlanıb. 

Gununsesi.info-nun məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev Baş prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib. 

O bildirib ki, bunlardan Tərtər üzrə beş, Ağdam üzrə üç, Füzuli üzrə iki, Cəbrayıl üzrə bir və Goranboy üzrə bir faktla bağlı cinayət işi başlanıb və prokuroluqda istintaq işləri aparılır.

Baş prokurorun sözlərinə görə, ermənilər tərəfindən törədilən hərbi cinayətlərlə bağlı beş cinayət işi başlanıb:

“Bu cinayətlərlə bağlı Hərbi Prokurorluğun əməkdaşları aidiyyəti üzrə hadisə yerlərində istintaq materialları toplayıb, istintaq aparılır”.

Gununsesi.info