Balakəndə yaşayış evi yanıb

  • By ilhame
  • 04 Fevral 2024 15:02

Balakəndə yaşayış evi yanıb.

 

Gununsesi.info-nun məlumatına görə, yanğın rayonun Qazma kəndində, kənd sakini 1957-ci il təvəllüdlü Yüzbaşiyeva Səlihət İbey qızına məxsus evdə baş verib.

 

Hadisə yerinə Balakən YMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 120 kv/m olan birmərtəbəli, 4 otaqlı yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

 

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Gununsesi.info