
Hazırda Z.Bünyadov prospektində Koroğlu metrosu istiqamətində və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, sıxlıq Bakı Olimpiya Stadionu yaxınlığında SOCAR YDM-yə çatmamış ağır yol nəqliyyat hadisəsinin baş verməsi səbəbindən yaranıb.


Gununsesi.info