d

Bakıda ər arvadını bıçaqlayıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

HTML tutorial

1991-ci il təvəllüdlü Tünzalə Müsafəddin qızı Hüseynova yaşadığı mənzildə əri ilə mübahisə edib. Mübahisə zamanı əri ona bıçaqla zərbə vurub. Qadın döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.