
İstirahət günlərində Bakı şəhərində baş vermiş yol qəzalarında 4 nəfər həyatını itirib.
Gununsesi.info xəbər verir ki, şənbə günü Xəzər rayonu Qala qəsəbəsi ərazisində “Toyota” markalı minik avtomobili 1969-cu il təvəllüdlü kişini vurub öldürüb.
Bundan başqa Nərimanov rayonu ərazisində, eləcə də Suraxanı rayonu Əmircan və Hövsan qəsəbələrində ölümlə nəticələnən yol qəzaları qeydə alınıb.
Hər bir faktla bağlı araşdırma aparılır.
Gununsesi.info