
Bakı şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. 1994-cü il təvəllüdlü Qənbərov Fərid Tahir oğlu velosipedlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə velosiped avtomobillə toqquşub. Müxtəli xəsarətlər alan velosipedçi təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info