
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində palçıq vulkanı püskürüb.
Gununsesi.info xəbər verir ki, vulkanın videosu sosial şəbəkələrdə yayılıb.
Kadrlarda palçıq kütlələrinin bir neçə metr yüksəkliyə atıldığı müşahidə olunur.
Həmin görüntüləri təqdim edirik:
Məlumat üçün bildirək ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.
Gununsesi.info