
Dövlət Statistika Komitəsi inflyasiya ilə bağlı hazırladığı hesabatı yayıb.
Gununsesi.info bildirir ki, DSK-nın rəsmi məlumatına görə, cari ilin yeddi ayı ərzində ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artıb.
Göstərilən dövrdə satış nöqtələrində, bazarlarda ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,7 faiz, qeyri-ərzaq məhsulları 7 faiz, ödənişli xidmətlər isə 10,1 faiz bahalaşıb.
Gununsesi.info