Bakıda üç avtomobilin iştirakı ilə qəza baş verib - FOTOLAR

Paytaxtda eyni istiqamətdə olan üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, qəza Yasamal rayonu Heydər Hüseynov küçəsində qeydə alınıb.

HTML tutorial

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəzada “Mercedes”, “Hyundai” və “Toyota” markalı avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.

Gununsesi.info