Bakıda tikilməkdə olan yaşayış kompleksində ölüm

Bakıda yeni tikilən binada bədbəxt hadisə baş verib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 14 radələrində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində inşa edilən “Baku Residence” yaşayış kompleksində baş verib.

HTML tutorial

Orada usta işləyən 1972-ci il təvəllüdlü Məcnun Bayramov 20-ci mərtəbədən yıxılıb. M.Bayramov hadisə yerində vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info