Bakıda temperatur normadan yuxarıdır

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi qərb rayonlarında (Sədərək, Daşkəsən, Gəncə) şimşək çaxıb, az yağış yağıb (0.0 mm).

Gununsesi.info xəbər verir ki, bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, havanın temperaturu aprelin 28-də Bakıda iqlim normasından 4.6° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26°, Sumqayıtda 30° isti, Naxçıvanda 24-30° isti, dağlıq rayonlarda 21°-dək isti, aran rayonlarında 26-30° isti olub.

 

 

Gununsesi.info