Bakıda sərnişin avtobusunun iştirakı ilə qəza

Bakıda avtomobil ilə sərnişin avtobusu toqquşub. 

Gununsesi.info-nun məlumatına görə, hadisə paytaxtın Xətai rayonu Rahib Məmmədov küçəsi 26 ünvanında qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı 90-OM-371 dövlət nömrə nişanlı avtomobil ilə 57 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu toqquşub.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Gununsesi.info