Yeniyetmə su kanalında batdı

  • By admin
  • 20 Aprel 2021 19:34

Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində yeniyetmə batıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlu kanalda batıb.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Gununsesi.info