Bakıda maşın piyadanı vurdu

Bakıda maşın piyadanı vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, avtomobil 1994-cü il təvəllüdlü Əliyev Abbas Abbas oğlunu yaşadığı evin yanında vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ əlinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS