Bakıda mağazada yanğın baş verib - VİDEO/FOTO

Bakının Nəsimi rayonunda yerləşən mağazaların birində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

HTML tutorial

Bildirlib ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazada yanğın olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Görülmüş operativ və çevik müdaxilə nəticəsində yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinin qarşısı alınmaqla söndürülüb.