
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1968-ci il təvəllüdlü Rəhimov Rüfət Bəhram oğlu və 1977-ci il təvəllüdlü Hüseynova Yelizaveta Məhəmməd qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır .
Gununsesi.info