
SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.
Gununsesi.info xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov özünün feysbukdakı səhifəsində bildirib
“Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”, – deyə o bildirib.
22:27
Xəzər dənizində partlayış baş verib.
Gununsesi.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, partlayışdan sonra dənizdə güclü yanğın başlayıb.
Hadisə ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Gununsesi.info