Bakıda həbsdə olan şəxsin bağ evində silah-sursat aşkarlanıb

keywords

Bakıda həbsdə olan şəxsin bağ evində silah-sursat aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, xidmətin, İxtisaslaşdırılmış müalicə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 237.2.3; 67.1 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Vüqar Yaşar oğlu Quliyev tərəfindən Maştağa qəsəbəsində yerləşən bağ evinin ərazisində torpağa basdırılaraq gizlədilmiş bir ədəd lüləsi kəsilmiş tüfəng və ona aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info