Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə metronun Nəsimi stansiyasının ətrafında baş verib.

HTML tutorial

1993-cü il təvəllüdlü Qasımov Xalid Şahin oğlu dava zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

Gununsesi.info