Bəxtiyar Hacıyevi tutduran qadın axtarışa verilib

  • By admin
  • 16 May 2023 15:54

 

Tanınmış siyasi fəal Bəxtiyar Hacıyevi hıbs etdirən Ülviyyə Alovlu axtarışa verilib.

HTML tutorial

 

Gununsesi.info bildirir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində çıxarılıb.

Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, dəfələrlə çağırış göndərilməsinə axmayaraq, Ülviyyə Muradova cavabdeh olduğu məhkəmə iclaslarına gəlməyib. Buna görə bir müddət öncə onun barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb. Bununla belə onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Qeyd edilən situasiyanı nəzərə alaraq, məhkəmə Ü.Alovlunun barəsində axtarış qərarı çıxarıb. Qərarın icrası ilə bağlı bildiriş ərazi üzrə müvafiq polis orqanına göndərilib.

Mais

Gununsesi.info