Bakıda güclü yanğın olub - FOTOLAR

Bakıda yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, yanğın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri cəlb edilib.

HTML tutorial

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə məişət tullantıları yanır.

FHN-in yanğından mühafizə qüvvələri yanğın qeydə alındıqdan dərhal sonra hadisə yerinə cəlb olunublar. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.