
Bakıda küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.
Gununsesi.info bildirir ki, bu barədə şəhidin qardaşı Sənan Əhmədov məlumat verib.
O bildirib ki, paytaxtın Xətai rayonunda yerləşən Abidə küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.
Şəhid Səbuhi Əhmədov ilə yanaşı, daha yeddi şəhidin adı küçələrə verilib.