Ötən sutka ərzində Bakıda dörd nəfər liftdə qalıb.
Gununsesi.org bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub.
Bildirilib ki, Bakı şəhərinin Suraxanı və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı iki müraciət daxil olub.
Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən dörd nəfərin liftdən çıxarılması təmin edilib.
Gununsesi.org
COMMENTS