Dünən “Barselona” – “Leqanes” matçında (2:0) bir qolla fərqlənən Lionel Messi karyerasındakı 699-cu rəsmi qolunu vurub.
Gununsesi.org xəbər verir ki, argentinalı futbolçu bu qolların 629-na “Barselona”da, 70-nə isə Argentina millisində imza atıb. Bununla da Messini 700-cü qoldan 1 qol ayırır.
Yeri gəlmişkən, İspaniya La Liqasında 24 oyunda vurduğu 21 qol və 14 məhsuldar ötürmə ilə Messi bu mövsüm Avropanın TOP-5 çempionatlarında ən çox qolda iştirak edən oyunçudur.
Qeyd edək ki, La Liqanın 30-cu turunda “Barselona” səfərdə “Sevilya”nın qonağı olacaq. Matç iyunun 20-si Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Gununsesi.org
COMMENTS