
Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Bakı şəhəri, Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü İqor Skokov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Şabran rayonunun Ağalıq kənd sakini, 2011-ci il təvəllüdlü Ağayev Hacıbala Davud oğlunu vurub. Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info