
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, Rayonun Bozalqanlı kənd sakini 1983-cü il təvəllüdlü Ceyhunə Məmmədhəsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Gununsesi.info