
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında kəskin meninqo – ensefalit diaqnozu ilə müalicə olunan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümmətyarov Ruslan Şükür oğlu həkimlərin səyinə baxmayaraq noyabrın 17-də vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Allah rəhmət eləsin!
Gununsesi.info