Bakı-Pirşağı-Sumqayıt qatarı elektrik kəsintisinə görə yolda qalıb

  • By ilhame
  • 25 Dekabr 2023 19:53

Bu gün saat 18:45-də Bakı Dəmiryolu vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qalıb.

 

Gununsesi.info-nun verdiyi məlumata görə, hadisəyə səbəb elektrik enerjisi kəsintisidir.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova faktı “Report”a təsdiq edib.

 

Onun sözlərinə görə, elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb: “Hazırda aidiyyatı qurumun və ADY-nin əməkdaşları ərazidədir. Qısa zamanda elektrik enerjisi verilişi bərpa ediləcək”.

 

Gununsesi.info