Şoyqu Marinkanın tamamilə ələ keçirildiyini elan etdi

  • By ilhame
  • 25 Dekabr 2023 20:19

Rusiya qoşunları “Donetsk Xalq Respublikası”nda yerləşən Marinka şəhərinə tam nəzarəti ələ keçirib.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə zamanı məlumat verib.

 

“Aktiv hücum əməliyyatları zamanı “Yujnaya” qrupunun hücum dəstələri bu gün Donetskin cənub-qərbindəki Marinka şəhərini tamamilə ələ keçirib”, – Şoyqu bildirib.

 

Müdafiə naziri qeyd edib ki, Marinkanın ələ keçirilməsi Donetski Ukrayna Silahlı Qüvvələrinin atəşindən daha effektiv qorumağa imkan verir. Şoyqu həmçinin bildirib ki, 150-ci diviziyanın əsgərləri döyüşlərdə xüsusilə fərqləniblər.

 

Putin cavab olaraq Marinkanın ələ keçirilməsində əməyi olan hər kəsə ən səmimi təbrikləri və minnətdarlıq sözlərini çatdırmağı xahiş edib.

 

Gununsesi.info