Bakı ilə İrəvana qaytarılan hərbi əsirlərin sayı açıqlandı

  • By arzu
  • 30 Yanvar 2021 11:56

Bu günə qədər Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin mübadiləsi prosesi çərçivəsində 55-dən çox Ermənistan Respublikası vətəndaşı və 15 Azərbaycan Respublikası vətəndaşı vətənlərinə qaytarılıb.

 

Gununsesi.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti Mərkəzinin rəis müavini, polkovnik Dmitri Perepelkin keçirdiyi brifinqdə məlumat verib.

“Rusiya sülhməramlı kontingentinin komandanlığının səyləri ilə yanvarın 28-də Azərbaycanla Ermənistan arasında daha bir hərbi əsir mübadiləsi baş verdi. 1 hərbçi Bakıya qaytarıldı, 5 Ermənistan vətəndaşı İrəvana təslim edildi”, – o qeyd edib.

Gununsesi.org