Azərbaycanda koronavirusa yoluxma sayı azaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 066 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib. Hazırda 3 980 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 244, bu günə qədər isə ümumilikdə 2 394 476 test icra olunub.

Gununsesi.info