Taksi sürücüləri xidmət haqqının azaldılmasından şikayət edirlər

  • By arzu
  • 29 Yanvar 2021 18:48

Taksi sürücüləri etiraz müraciəti ünvanlayıb.

 

Gununsesi.org xəbər verir ki, saytımıza “Taksi Sürücüləri İctimai Birliyi” olaraq müraciət edən etirazçılar ölkədə pandemiyanın davam etməsini sui-istifadə üçün fürsətə çevirən şirkətlərdən narazılıqlarını bildirirlər. Onlar ölkədəki iqtisadi geriləmə və bir çox insanının işini itirməsi səbəbindən taksi fəaliyyəti ilə məşğul olmağa başlamasından yararlanmaq istəyən taksi şirkətlərinin  bu addımının qarşısını alınması üçün aidiyyatı qurumlardan tədbirlər görülməsini xahiş edirlər.

Sürücülər bildirirlər ki, gündən-günə azaldılan taksi xidmətinin qiymətləri və faizlərin yüksəldilməsi ciddi narahatlıq doğurur. Ölkədəki ictimai durumla bağlı həyəcan təbili çalan taksiçilər transmilli taksi şirkətlərindən “2111” , “0404”, “Bolt” və “Uber”dəki taksi xidməti üçün gediş haqlarının endirilməsinə etiraz edirlər. Onlar taksi xidmətinin qiymətinə nəzarətin olmadığını bildirirlər.

Etirazçılar mövcud halı zaman-zaman boykot edəcəklərini bildirirlər.

Gununsesi.org