Bahar Muradova Füzulidə ata evində - Foto

Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahara Muradova Fizulidə doğulduğu evində olub.

Gununsesi.info xəbər verir ki, bu barədə o öz sosial şəbəkə hesabında paylaşaraq qeydlər yazıb. Onun qeydlərini təqdim edirik.

“Füzulidə qalmış uşaqlıq xatirələrimin ardınca gəlmişdim…

Göz yaddaşımda saxladıqlarımdan əsər-əlamət qalmamışdı.

Nə qədər ətrafa boylansam da,hər kola daşa,qurumuş və heç bir həyat əlaməti olmayan ağaclara diqqət etsəm də tanış heç nə görmədim.

Bircə ayaqlarımın altında lap uşaqlığımda olduğu kimi hiss etdiyim, qara çay daşı döşənmiş cığırdan savayı..

Bəli bu o cığır idi.Hissiyatım məni aldatmırdı.Cırıldayaraq acılan küçə darvazasından başlayaraq düz aşağıyadək indi tanınmalısı qalmayan evimizədək uzanan 25-30 metrlik cığır.

Nə hisslər keçirdiyimi anlamıram…

Bircə yalın ayaqlarımın yaddaşında bu kələ-kötür daşlarla təmasdan qalan ağrıdan savayı”…

Gununsesi.info